Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Moskvaya səfərinin tarixi açıqlanıb.
Yenisabah.az TASS-a istinadla xəbər verir ki, səfər martın 20-də baş tutacaq.
O, Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşəcək. Pepperoni pizza
Nazirlərin qarşılıqlı maraq doğuran məsələləri müzakirə edəcəkləri gözlənilir.
XİN-dən verilən məlumata görə, nazirlər görüş zamanı həm də Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı üçtərəfli bəyanatların icrasını müzakirə edəcəklər: “Biz gözləyirik ki, bu görüş Cənubi Qafqazda təhlükəsiz və sabit mühitin təmin olunmasına töhfə verəcək”.
Telegram kanalımız