Lavrov Türkiyəyə başsağlığı verdi

saytların hazırlanması

Evə çatdırılma

Lavrov Türkiyəyə başsağlığı verdi

Dünya

28 Fevral 2020 16:01 906


Rusiya xarici işlər naziri Sergey Lavrov İdlibdə 33 türk əsgərinin şəhid olmasıyla əlaqədar Türkiyəyə başsağlığı verib. "Yeni Sabah" xəbər verir ki, Rusiya rəsmisi məsələylə bağlı Türkiyə ilə görüşə hazır olduqlarını bildirib. Nazir eyni zamanda vurğulayıb ki, Türkiyənin NATO-ya müraciət etməsi onun hüququdur: "İdlib məsələsində Ərdoğan və Putin arasındakı razılaşmaya sadiqik. Terroristlərlə konstruktik müxaliflərin bir-birindən ayrılması ortaq hədəfimizdir. Bu məqsədə çatmaq üçün nə edəcəyimizi müəyyənləşdirmək əsas vəzifəmiz olmalıdır. Türk ordusu ilə təmaslar hər gün davam edir. Dünənki kordinasiya məlumatları artıq Suriya ordusuna çatdırılıb. Baş verənlər İdlib razılaşmasının bizim tərəfimizdən pozulması deyil. Türkiyəyə başsağlığı diləklərimizi çatdırırıq. İdlibdə gərginliyi azaltmaq və bölgədə olan türk əsgərlərinin təhlükəsizliyi üçün işlərimizi davam etdirəcəyik. NATO-nun iclasını tələb etmək Türkiyənin haqqıdır. Lakin İdlib hadisələri yalnız NATO çərçivəsində qiymətləndirilə bilməz. Rusiya və Türkiyə nümayəndə heyətləri görüşlərini bu gün də davam etdirəcəklər. Aşılmaz maneələrin olduğunu düşünmürəm. İdlib ətrafında yaranmış vəziyyəti müzakirə etməyə hazırıq".
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!