Lavrovla Bayramov arasında telefon danışığı oldu

saytların hazırlanması

Evə çatdırılma

Lavrovla Bayramov arasında telefon danışığı oldu

Siyasət

22 Dekabr 2022 15:42 648


Dekabrın 22-də Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovla Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov arasında telefon danışığı olub.

Yenisabah.az xəbər verir ki, telefon danışığı zamanı Laçın dəhlizinin bağlanması və regionda filiz yataqlarının işlənməsinə dair tərəflər arasında fikir ayrılıqlarının mövcudluğuna görə Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında gərginləşən vəziyyət müzakirə olunub.

“Sergey Lavrov Qarabağ və Ermənistan arasında Laçın dəhlizi boyunca maneəsiz kommunikasiyanın təmin edilməsinə dair üçtərəfli sazişlərə ciddi riayət olunmasının vacibliyini vurğulayıb. pizza

İrəvanın bu il dekabrın 23-nə planlaşdırılan Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin sülh müqaviləsinin hazırlanmasını müzakirə etmək üçün keçiriləcək görüşdən iştirakdan imtina etmək qərarına görə təəssüfləndiyi bildirilib.

Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il, eləcə də 31 oktyabr 2022-ci il tarixli üçtərəfli bəyanatlarının icrası istiqamətində ritmik işin davam etdirilməsinin vacibliyi vurğulanıb”, - deyə məlumatda qeyd olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!