Lənkəran qələbəni belə qeyd etdi - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Lənkəran qələbəni belə qeyd etdi - Fotolar

Maraqlı

10 Noyabr 2020 12:42 946


Azərbaycan Ordusunun düşmən üzərində çaldığı parlaq qələbə Azərbaycan xalqı kimi lənkəranlılara da  sonsuz sevinc bəxş edib. Uzun illər qələbə həsrəti ilə yaşamış insanlar, gənclər, yaşlılar, qadınlar izdihamlı şəkildə küçələrə axışıb Heydər Əliyev parkında, Dövlət bayrağı meydanında, Şəhidlər xiyabanında toplaşıb qələbə sevincini bölüşüblər.

Yenisabah.az xəbər verir ki, izdiham iştirakçıları qələbə sevincini yüksək coşqu ilə qarşıladıqlarını nümayiş etdiriblər. Gecədən başlayaraq bayraq dənizinə dönmüş Lənkəranın küçə və meydanlarını, parklarını “Yaşasın Azərbaycan!”, “Yaşasın Ali Baş Komandan!”, “Qarabağ Azərbaycandır!”, “Qarabağ bizimdir, bizim oldu!” , “Ən güclü əsgər bizim əsgərdir!”, “Şəhidlər ölməz, Vətən bölünməz!” şüarları, bayraqlı maşınların səs siqnalları  bürüyüb. Sakinlər cənab Prezidentin fədakar, əsil qəhrəmanlıq nümunəsi olan fəaliyyəti sayəsində xalqımızın tarixi haqqına çatmasından, düşmənlərin məkrli niyyətləri ilə pozulmuş tarixi ədalətimizin bərpa olunmasından qürur duyduqlarından bu fəxarəti  onlara bəxş etmiş Prezident İlham Əliyevə ən səmimi minnətdarlıqlarla dolu arzularını ünvanlayıblar.

Sevinc göz yaşlarını gizlədə bilməyən Milli Qəhrəman Əsgər Əliyevin atası Hacı Ələkbər Əliyev deyir: "Biz bu şad xəbəri illərdir gözləyirdik. Çox sağ olsun cənab Prezident İlham Əliyev bu həsrətə son qoydu, bizi bu arzuya çatdırdı. Allah onu qorusun. Maşınını üçrəngli bayrağımıza bürümüş gənc fəal  Rüfət Ağayev deyir ki, Bizim Prezidentimiz də əsgərlərimiz də əsil qəhrəmandırlar. İndi biz daha qürurluyuq. Qüdrətli Prezidentimizlə, güclü dövlətimizlə, qəhrəman ordumuzla fəxr edirik. Fəxr edirik ki, biz qürurlu azərbaycanlıyıq, qüdrətli Azərbaycanın övladlarıyıq. Qarabağ bizimdir. Yaşasın Azərbaycan!" pizza hut


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!