Lənkəranda ana doğuşdan sonra öldü

saytların hazırlanması

Evə çatdırılma

Lənkəranda ana doğuşdan sonra öldü

Hadisə

03 Fevral 2020 16:53 1052


Lənkəran rayonunda 24 yaşlı ana doğuşdan sonra ölüb. 

"Yeni Sabah" xəbər verir ki, rayonun Girdəni kənd sakini, 1996-cı il təvəllüdlü Gülnar Rauf qızı Babayeva 38-39 həftəlik hamilə diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Perinatal Mərkəzinə daxil olub. 

Doğuşa hazırlıq prosedurundan sonra bu gün səhər saatlarında G.Babayeva qeysəriyyə yolu ilə dünyaya uşaq gətirib. Əməliyyatdan sonra qadında qanaxma başlayıb. Zərurət səbəbindən xəstə yenidən əməliyyata alınıb. Həkimlərin səylərinə baxmayaraq, G.Babayevanın həyatını xilas etmək mümkün olmayıb.  Toyuqlu pizza

Qeyd edək ki, ötən il də G.Babayeva qeysəriyyə yolu ilə övlad dünyaya gətirib. Mərhumun meyiti müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib. Ölümün əsas səbəbi tibbi ekspertizanın rəyindən sonra məlum olacaq. /Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!