Lənkəranda avtomobil kanala aşıb, xəsarət alan var

saytların hazırlanması

Evə çatdırılma

Lənkəranda avtomobil kanala aşıb, xəsarət alan var

Hadisə

17 Aprel 2025 20:35 376


Lənkəranda avtomobil suötürücü kanala aşıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə axşam saatlarında Lənkəran şəhərinin Səttərxan küçəsində qeydə alınıb. Lənkəran şəhər sakini 1987-ci il təvəllüdlü Ülkər Əziz qızı Əsədova idarə etdiyi “Chevrolet Cruze” markalı nəqliyyat vasitəsilə hərəkətdə olarkən idarəetməni itirib. Nəqliyyat vasitəsi yol kənarındakı suötürücü kanala aşıb. Qəza nəticəsində sürücü müxtəlif dərəcəli xəsarətlər alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub. Yaralıya zəruri ilkin tibbi xidmətlər göstərilib.

Qəza nəticəsində suötürücü kanalın üstündən keçən yüksəktəzyiqli qaz kəməri də qismən zədələnib. Dominos pizza

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!