Lənkəranda ər arvadını döydü, sonra intihar etdi

saytların hazırlanması

Evə çatdırılma

Lənkəranda ər arvadını döydü, sonra intihar etdi

Hadisə

03 İyul 2025 16:16 601


İyunun 3-də saat 14:30 radələrində Lənkəran rayonunun Biləsər kəndində baş vermiş hadisə nəticəsində 1 nəfər (qadın cinsli) bədənin müxtəlif dərəcəli travması diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.

Yenisabah.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Xərərçəkənə zəruri ilkin tibbi xidmətlər göstərilib. Müalicəsi Təcili yardım şöbəsində davam etdirilir, vəziyyəti orta-ağır qiymətləndirilir. pizza hut

1 nəfərin isə (kişi cinsli) həkiməqədər ölüm faktı qeydə alınıb.

Xatırladaq ki, Lənkəranda ər arvadını xəsarət yetirib, sonra özünü öldürüb.

Kənd sakini, 1973-cü il təvəllüdlü Məzahir Rəcəbov ailə münaqişəsi zəminində 1978-ci il təvəllüdlü Gülşən Həsənovanı ağacla döyərək xəsarətlər yetirib. Daha sonra o, boğazını kəsərək özünü öldürüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!