Leonardo da Vinçinin şedevr əsərlərindən biri tapılıb

saytların hazırlanması

Evə çatdırılma

Leonardo da Vinçinin şedevr əsərlərindən biri tapılıb

Sosial

11 İyun 2019 13:21 1222


Bu günədək Birləşmiş Ərəb Əmirliklərinin incəsənət muzeyinin işçiləri Leonardo da Vinçinin “Dünyanın xilaskarı” (Salvator Mundi) əsərinin harada yerləşdiyindən xəbərsiz olduqlarını bildirirdilər.

Dahi italyan rəssamın ən bahalı əsərlərindən biri tapılıb.

İyunun 11-də bir çox xarici KİV-də şedevr əsərin harada yerləşdiyi barədə məlumat yayılıb. Məlumata görə, əsərin Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Al Saudun şəxsi yaxtasında olduğu üzə çıxıb. Dördpendirli pizza

Leonardo da Vincinin 1500-cü illərdə çəkdiyi Salvator Mundi adlı tablo 2017-ci ilin noyabrında 450 milyon 300 min dollara Badr bin Abdullah Al Saud tərəfindən satın alınmışdı. O vaxtdan bəri dünyanın ən bahalı rəsm əsərinin harada olduğu bilinmirdi.

AZƏRTAC


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!