Lerikdəki dəhşətli qəzanın görüntüsü

saytların hazırlanması

Evə çatdırılma

Lerikdəki dəhşətli qəzanın görüntüsü

Kriminal

23 Fevral 2020 20:58 4030


Xəbər verdiyimiz kimi, dünən Lerik rayonunda ağır yol qəzası baş verib. "Yeni Sabah" bildirir ki, hadisə Orand kəndi ərazisində çətin keçilən dağ yolunda qeydə alınıb. Hadisə nəticəsində 1988-ci il təvəllüdlü Xəqani Orucəli oğlu Rəhimov və onun 2 yaşlı oğlu Hüseyn Xəqani oğlu Rəhimzadə ölüb. Xəsarət alanlar isə bunlardır: Elnarə Hacıbaba qızı Rəhimli (1993-ci il təvəllüdlü, ölən uşağın anası), Zəhra Xəqani qızı Rəhimli (2012-ci il), Nigar Xəqani qızı Rəhimli (2016-cıı il təvəllüdlü) və Hüseynəli Faiq oğlu Rəhimli (2017- ci il təvəllüdlü). Onlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Qəzada travma alan 1989-cu il təvəllüdlü Mail Musa oğlu Rüstəmov isə Lerik Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Qeyd edək ki, sürücü Mail Musa oğlu Rüstəmovun idarə etdiyi "UAZ" markalı avtomobilin yoldan çıxaraq dərəyə aşması nəticəsində 2 nəfər ölüb, 5 nəfər xəsarət alıb. Ölənlər və xəsarət alan 3 nəfər bir ailənin üzvləridir və Zuvand kənd sakinləridir. https://cdn.yenisabah.az/files/01_31582477229.jpg https://cdn.yenisabah.az/files/02_11582477229.jpg
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!