"Bavariya"nın "Barselona"ya keçməyə hazırlaşan futbolçusu Robert Levandovski Kataloniyaya gedib.
Yenisabah.az xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb. 33 yaşlı hücumçu La Liqa klubuna transferini tamamlamaq üçün Kataloniyaya yollanıb. Tərəflərin yaxın bir neçə gün ərzində 2025-ci ilin yayına qədər sözləşmə imzalayacağı gözlənilir. "Bavariya" keçidə görə 50 milyon avro qazanacaq.
Qeyd edək ki, Levandovski bu səhər Münhen təmsilçisinin bazasına gedərək komanda yoldaşları ilə vidalaşıb və öz şkafını boşaldıb. Dominos pizza
Telegram kanalımız