Leyla Əliyeva uşaq evində - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Leyla Əliyeva uşaq evində - Fotolar

Sosial

27 Fevral 2019 17:15 832


Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Suraxanı rayonundakı 2 saylı uşaq evində olub.

"Yeni Sabah" xəbər verir ki, əvvəlcə Leyla Əliyeva uşaq evinin yeni idman meydançasında yaradılan şəraitlə tanış olub. Sonra L. Əliyeva uşaq evinin sakinləri ilə görüşüb, onlarla söhbət edib.

O, Xocalı soyqırımına həsr olunan bədii kompozisiyanı izləyib. Tədbirdə iştirak edən Çinin Azərbaycandakı səfiri Vey Cinhua ölkəsində və Azərbaycanda uşaqlara, xüsusən aztəminatlı və xüsusi qayğıya ehtiyacı olanlara yüksək diqqət göstərdiklərini bildirib. pizza sifarişi

 Leyla Əliyeva və digər qonaqlar uşaq evinin sakinlərinin Xocalı soyqırımının 27-ci ildönümünə həsr etdikləri rəsm əsərlərinin sərgisi ilə də tanış olublar. Uşaqlar öz əsərləri barədə məlumat veriblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!