Liderlərin təkbətək görüşündə mühüm məsələlər müzakirə olundu

saytların hazırlanması

Evə çatdırılma

Liderlərin təkbətək görüşündə mühüm məsələlər müzakirə olundu

Siyasət

15 Noyabr 2025 16:41 633


Daşkənddə noyabrın 15-də Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə təkbətək görüşü olub.

"Report"un Özbəkistana ezam olunmuş müxbiri xəbər verir ki, görüşdə Azərbaycanla Özbəkistan arasında müttəfiqliyə və strateji tərəfdaşlığa əsaslanan münasibətlərin uğurla inkişaf etdiyi bildirilib.

Prezident İlham Əliyevin Özbəkistana, Prezident Şavkat Mirziyoyevin isə Azərbaycan mütəmadi səfərlərinin əlaqələrin inkişafında rolu vurğulanıb. pizza hut

Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın son dövrlərdə daha da genişləndiyi məmnunluqla qeyd edilərək bu xüsusda dövlət başçısının Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə iştirakının önəminə toxunulub.

Söhbət zamanı dövlət başçıları iki ölkə arasında əlaqələrin perspektivləri ilə bağlı fikir mübadiləsi aparıblar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!