Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp yaxın vaxtlarda daha bir telefon danışığı aparacaqlar.
"Yeni Sabah" xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Ona Kremlin Trampla Ukrayna prezidenti Vladimir Zelenski arasında ötən gün apardığı danışıqları necə qiymətləndirdiyi soruşulub. pizza
"Biz onların necə getdiyini bilmirik, ona görə də onları qiymətləndirə bilmərik. Rusiya və ABŞ prezidentləri (bu danışıqlardan sonra) yenidən telefon danışığı aparmağa razılaşıblar. Sonra məlumat alacağıq", - Kreml sözçüsü cavab verib.
Kreml sülhün xeyli yaxınlaşdığını və Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqların son mərhələdə olduğunu bildirən ABŞ prezidenti Donald Trampla razılaşıb.
"Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında telefon danışığı zamanı Rusiya və Ukrayna arasında Milad atəşi elan edilməsi ehtimalı müzakirə edilməyib", - deyə Peskov qeyd edib.
Telegram kanalımız