“Liverpul"un futbolçusu Trent Aleksandr-Arnold "Ginnesin rekordlar kitabı"na düşüb.
“Yeni Sabah” xəbər verir ki, İngiltərə millisinin üzvü Premyer Liqada müdafiəçilər arasında qol ötürməsi sayına görə rekorda imza atıb.
Ötən mövsüm 12 məhsuldar ötürmə edən futbolçu "Everton”un futbolçuları Endi Xinçkliff (1994/95) və Leyton Beynsin (2010/11) rekordunu yeniləyib. pizza
Qeyd edək ki, 21 yaşlı futbolçu bu mövsüm Premyer Liqada 8 oyuna 1 qol vurub, 2 məhsuldar ötürmə edib.
Xatırladaq ki, Trent Aleksandr-Arnold ötən mövsüm “Liverpul”la Çempionlar Liqasının və UEFA Super Kubokunun qalibi olub.

Telegram kanalımız