“Liviya sammiti”ndə hansı nəticələr əldə olundu?

saytların hazırlanması

Evə çatdırılma

“Liviya sammiti”ndə hansı nəticələr əldə olundu?

Dünya

20 Yanvar 2020 10:20 1168


“Liviya probleminin həlli ilə bağlı Berlindəki görüşdən ciddi nəticə çıxmadı. Berlindəki görüşə Liviya probleminin həllindəki iki əsas dövlətin – Türkiyə və Rusiyanın liderləri də qatılmışdılar. Ancaq BMT və Avropa Berlin toplantısı vasitəsilə “biz də varıq” demək istəyirdilər”. 

Yenisabah.az xəbər verir ki, bu sözləri “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Liviya sammiti”nin nəticələrini şərh edərkən bildirib. 

Sammit yanvarın 19-da Berlində keçirilib. Tədbirin əsas məqsədi Liviyada savaşan tərəflər arasında atəşkəsə və sülh prosesinə nail olmaq idi. pizza

Polotiloq bildirib ki, Berlində atəşkəslə və Liviyadakı bütün tərəflərə yönəlik silah embaroqusunun tətbiqi ilə bağlı ümumi razılıq əldə olunsa da, bunları reallaşdırmaq çətindir: 

“Birincisi, Liviyada yüzlərlə aşirət yaşayır, hamısı da silahlıdır, kim zəmanət verəcək ki, onlar atəşkəsə riayət edəcəklər? 

İkincisi, Liviyanın qonşu Misirlə minlərlə kilometr nəzarətsiz sərhəddi var. Misir isə general Haftarı dəstəkləyir. Elə Birləşmiş Ərəb Əmirlikləri də Haftara tonlarla silah və hərbi texnika göndərib və göndərir. Liviyanın müxtəlif dövlətlərlə uzun məsafəli sərhəddini necə monitorinq altında saxlamaq olar ki, Misir və ya digər dövlətlər general Haftara silah və hərbi texnika ötürməsin?”

Elxan Şahinoğlunun sözlərinə görə, Berlin görüşünün nəticəsi Türkiyənin Liviyada rolunun azaldılmasına yönəldimişdi: “Çünki əgər deyilirsə ki, qarşıduran tərəflərə hərbi dəstək verilməsin, bu o deməkdir ki, Avropa Türkiyənin hərbi qüvvələrinin Tripoliyə göndərilməsinin əleyhinədir. Digər tərəfdən Berlin konfransının nəticəsinə görə Liviya probleminin həlli ilə bundan sonra BMT Təhlükəsizlik Şurası məşğul olmalıdır. Türkiyə isə Təhlükəsizlik Şurasının üzvü deyil. Deməli, bu yolla Türkiyəni Liviya probleminin həllindən kənarda saxlamaq istəyirlər. Buna baxmayaraq, Türkiyə və Rusiya Liviyada əsas oyunçu olaraq qalacaqlar.

Liviya faktiki 2014-cü ildən iki hissəyə bölünüb. Tripolidə bir hökumət, Benqazidə başqa hökumət fəaliyyət göstərir. Benqazini bir qrup ölkə, Tripolidəkini isə digər qrup ölkə dəstəkləyir. Belə vəziyyətdə atəşkəsi Liviyada qorumaq çətin olacaq. Suriyada bu alınmadı”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!