Koronavirus səbəbilə uçuşlar dayandırıldıqdan sonra İstanbuldakı otellərdən birində qalan Liviya vətəndaşları etiraz aksiyası keçirib.
Yenisabah.az xəbər verir ki, buna səbəb Liviyada gəlməsi gözlənilən təyyarənin gecikməsi olub. Belə ki, təyyarə gecikdiyinə görə liviyalılar İstanbul hava limanına aparılmayıb. Nəticədə sosial məsafə qadağasına məhəl qoymayan qrup otelə təkrar dönmək istəmədiklərini deyərək ayağa qalxıblar və onlarla polis arasında qısamüddətli münaqişə yaşanıb.
Qeyd edək ki, aksiya yatışdırıldıqdan sonra etirazçılar hotel hovuzunun yerləşdiyi hissəyə aparılıblar. Pepperoni pizza
Sayad Həsənli
Telegram kanalımız