Londonda İran səfirliyinə hücum edənlər həbs olundu

saytların hazırlanması

Evə çatdırılma

Londonda İran səfirliyinə hücum edənlər həbs olundu

Dünya

11 Yanvar 2026 19:42 567


İranın Böyük Britaniyadakı səfirliyinə hücum edənlərdən ikisi həbs olunub.

"Yeni Sabah" "Report"a istinadən xəbər verir ki, onlardan birinə icazəsiz giriş və polis məmuruna hücum, digərinə qarşı isə icazəsiz giriş ittihamı irəli sürülüb.

Böyük Britaniyanın hüquq-mühafizə orqanları icazəsiz giriş şübhəsi ilə başqa bir şəxsin müəyyən edilib təqib olunduğunu və səfirliyin təhlükəsizliyini təmin etmək üçün məmurların ərazidə qalacağını bildirib. pizza sifarişi

Qeyd edək ki, yanvarın 10-da Londonda etirazçılardan biri İran səfirliyinin binası üzərindəki bayrağı endirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!