“Lotu Quli”nin qohumu İstanbulda bıçaqlandı

saytların hazırlanması

Evə çatdırılma

“Lotu Quli”nin qohumu İstanbulda bıçaqlandı

Kriminal

23 Dekabr 2019 22:20 3855


Dünən İstanbulda “qanuni oğru” Lotu Qulinin (Nadir Səlifov) qohumu Maqa Rustavski bıçaqlanıb.

"Yeni Sabah" xarici KİV-ə istinadən xəbər verir ki, hadisəni vaxtilə Quliyə qarşı uyğun olmayan davranışlarına görə kriminal avtoritet Arman Dikiy tərəfindən döyülən kutaisili Kvejoviç törədib.

Maqanın dostları ilə dincəldiyi restorana 15-20 nəfərlik qrupla gələn Kvejoviç Qulinin qohumunu masasına çağırıb. O, Maqadan “oğru” olmaq istəyib-istəmədiyini soruşub. “Oğru” tacına real namizədlərdən olan Maqa cavabında onsuz da özünü belə hesab etdiyini deyib. Kvejoviç isə bu dəfə frayer onu vurarkən niyə hərəkətsiz dayanmasını soruşub. Bu zaman Maqa ona ağır cavab verib. Yumruqlarını işə salan Kvejoviçə yanındakılar da dəstək olub. Bu zaman onun dəstəsindəki naxçıvanlı Emin Maqanı bıçaqlayıb. Zərbələr həyati əhəmiyyətli orqanlara dəyməsə də, yaxınlıqdakı xəstəxanaya çatdırılan Maqaya tikişlər qoyulub. pizza mizza

Hazırda Türkiyə polisi insidentdə iştirak edənləri axtarır. /qafqazinfo


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!