“Lotu Quli”nin uşaqlıq fotosu yayıldı -   FOTO

saytların hazırlanması

Evə çatdırılma

“Lotu Quli”nin uşaqlıq fotosu yayıldı - FOTO

Kriminal

05 Noyabr 2019 12:32 4043


Azərbaycanlı “qanuni oğru” Nadir Səlifovun (“Quli”) uşaqlıq fotosu yayılıb. 

“Yeni Sabah” xəbər verir ki, fotodakı balaca Nadir təxminən 7-8 yaşlarındadır. 

Nadir Səlifovla bağlı başqa bir maraqlı məlumat onun soyadını dəyişdirməsi ilə bağlıdır. Bildirilir ki, hazırda Nadir Səlifov “İsmayılov” soyadı daşıyır. Məlumata görə, buna səbəb “qanuni oğru”nun İnterpol xətti ilə axtarışda olmasıdır.  pizza sifarişi

Hazırda Qətərdə olduğu bildirilən Nadir Səlifov Rusiya Federsasiyası tərəfindən axtarışa verilib. “Qanuni oğru” 2 il əvvəl hədə-qorxu yolu ilə pul tələb etmə və adam oğurluğunda ittiham edilirdi. Bu günlərdə isə Nadir Səlifova qarşı yeni maddə ilə ittiham irəli sürülüb. O, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 210.1-ci (kriminal iyerarxiyada yüksək mövqe tutmaq)  maddəsilə təqsirləndirlir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!