ABŞ dövlət katibinin Qafqaz üzrə baş müşaviri Luis Bono İrəvana gəlib.
Yenisabah.z “Azatutyun”a istinadla xəbər verir ki, bu barədə ABŞ-ın Ermənistandakı səfirliyi məlumat verib.
Martın 7-də Luis Bono Ermənistan rəsmiləri və digər şəxslərlə görüşərək ABŞ-ın Qarabağ münaqişəsinin davamlı siyasi həlli də daxil olmaqla, hərtərəfli sülhə nail olunmasına yönəlmiş Ermənistan-Azərbaycan danışıqlarına dəstəyini müzakirə edəcək. Dördpendirli pizza
ABŞ dövlət katibinin Qafqaz danışıqları üzrə baş müşaviri Luis Bono ötən gün Bakıda səfərdə olub və burada Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb.
O bildirib ki, bölgəyə səfərinin məqsədi tərəflər arasında sülhə nail olmaqdır.
Telegram kanalımız