“Qarabağ”ın oyununda təxribat törədilib.
“Yeni Sabah” xəbər verir ki, “Düdelanj” – “Qarabağ” matçında 30-cu dəqiqədə komandamız rəqibin qapısından ikinci topu keçirib. Bu qoldan sonra separatçı rejim qondarma Dağlıq Qarabağ bayrağı dronla meydanın mərkəzinə gətirilib. Futbolçularımız buna etiraz edərək matçı davam etdirməyəcəklərini bildirib. Hakim oyunu dayandırıb. Matçda bu siyasi təxribata görə 25 dəqiqəyə yaxın fasilə verilib.
Daha sonra Lüksemburqun İdman nazirinin “Qarabağ”ın paltardəyişmə otağına gələrək futbolçulardan üzr istəməsi və bir daha bu siyasi təxribatın təkrarlanmayacağına təminat verməsi matçın davam etdirilməsinə gətirib çıxardıb. pizza hut
Nazir bildirib ki, Lüksemburq Azərbaycanın ərazi bütövlüyünü tanıyır və onların bu işdə heç bir günahı yoxdur. O qeyd edib ki, səbəkarlar qısa müddətdə tapılıb cəzalandırılacaq.
Həmçinin stadionda da təxribata görə azarkeşlərimizdən və komandamızdan üzr istənilib. Bundan sonra azərbaycanlı azarkeşlər “Lüksemburq, Lüksemburq” şüarları ilə cırtdan ölkənin üzrxahlığını qəbul edib.
Qeyd edək ki, 25 dəqiqəlik fasilədən sonra davam etdirilən ilk hissədə komandamız artıq 3:0 hesabı ilə irəli keçib.
Telegram kanalımız