“PASHA Pay” şirkətinə aid "M10" pul kisəsi mart ayından etibarən bəzi əməliyyatlar üzrə tarifləri artırıb.
“Yeni Sabah”ın əldə etdiyi məlumata görə, gələn aydan etibarən digər m10 hesabına 5 min manatdan yuxarı köçürmələrə və m10 hesabından karta köçürmələrə 0,5% komissiya tətbiq ediləcək.
QR nağdlaşdırmaya 1% komissiya tutulacaq. Minimal komissiya isə 1 manat müəyyən edilib. Dominos pizza
Qeyd edilib ki, beynəlxalq köçürmələr üzrə komissiya isə valyutanın həmin günə olan məzənnəsindən asılı olacaq.
Bu isə pul kisəsinin istifadəçiləri arasında narazılıqla qarşılanıb. Sosial şəbəkə istifadəçiləri qeyd ediblər ki, artıq m10 tətbiqini telefondan silməyin vaxtıdır. Nağdlaşdırmaya hər hansı bir limit də təyin etməyə də lüzum görməyiblər.
Qeyd edək ki, “PashaPay” MMC 2022-ci ilin yayından “m10” elektron pul kisəsini istifadəyə verib. Elektron pul kisəsi ilə istifadəçiləri balans artımı, kommunal ödənişlər, bank kartına pul köçürmə və s. kimi əksər bank xidmətlərini həyata keçirməyə imkan verir.
Telegram kanalımız