2025-ci ilin yanvarın 1-dən ölkədə minimum əməkhaqqı 400 manat məbləğində müəyyən edilib. Yəni işçilərə bu məbləğdən aşağı maaş verilə bilməz. Lakin bu, o demək də deyil ki, hər kəsə 400 manat əməkhaqqı ödənilə bilər. Söhbət ondan gedir ki, bir çox hallarda özəl sektorda çalışan mütəxəssislərə bu məbləğdə əməkhaqqı verilir. Ya da ki, işçinin məvacibi real olaraq yüksək olsa da, rəsmiləşdirmə zamanı minimum haqqı göstərilir.
Yenisabah.az qafqazinfo-ya istinadla xəbər verir ki, qanunvericiliyə görə, minimum əməkhaqqı ixtisassız əməyə və xidmətə görə aylıq əməkhaqqının ən aşağı səviyyəsini müəyyən edən nomativdir.
Maraqlıdır, bəs əməkhaqları nə qədər olmalıdır? Marqarita pizza
Minimum əməkhaqqı dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin əməyinin ödənilməsinin Vahid Tarif Cədvəlinin birinci pilləsini təşkil edir. Ümumilikdə isə 19 dərəcədən ibarət olan cədvəl üzrə ən yüksək əməkhaqqı 1150 manat təşkil edir. Vahid Tarif Cədvəlinin tətbiqi büdcədən maliyyələşdirilən bütün müəssisə, idarə və təşkilatlar (dövlət idarəetmə və hakimiyyət, müdafiə, hüquq-mühafizə orqanları istisna olmaqla) üçün məcburidir.
Qanunveriliciyə görə, digər müəssisə, idarə və təşkilatların işçilərinin Vahid Tarif Cədvəli əsasında təyin olunmuş əməkhaqları müvafiq ixtisas dərəcəli işçinin əmək normasının yerinə yetirilməsi üçün əməyin ödənilməsinin minimum məbləğinin mütləq dövlət təminatıdır. Yəni hətta özəl müəssisə belə olsa, işçiyə ödənilən əməkhaqqı bu sənəddə göstəriləndən aşağı ola bilməz.
Telegram kanalımız