Macar tərcüməçi Putinin sözlərini səhv tərcümə edib

saytların hazırlanması

Evə çatdırılma

Macar tərcüməçi Putinin sözlərini səhv tərcümə edib

Siyasət

30 Noyabr 2025 15:21 652


Macarıstanın Baş naziri Viktor Orbanın Kremldə Rusiya Prezidenti Vladimir Putinlə görüşü zamanı tərcüməçinin səhvləri səbəbindən Rusiya liderinin sözləri qeyri-dəqiq çatdırılıb.

Oxu.Az bu barədə "Telex" nəşrinə istinadən xəbər verir.

Tərcüməçi Putinin bir sıra fikirlərini ya yumşaldıb, ya da tamamilə fərqli formada ifadə edib. Bu yanlışlıqların bir hissəsi Ukrayna mövzusu ilə bağlı olub. pizza hut

Məsələn, Putin "Ukrayna məsələsində sizin tarazlı mövqeyinizi bilirik" dediyi halda, tərcüməçi bunu "Və mən bilirəm ki, beynəlxalq siyasət, əlbəttə, sizə təsir göstərir" kimi çatdırıb.

Hakim "Fides" partiyasının kommunikasiya direktoru, parlamentin üzvü Tamaş Mentser tərcüməçinin hərəkətlərini izah edərkən deyib:

"O, Rusiya prezidentinin sözlərini yaxşı eşitməyib. Belə hallar olur, hər kəsin pis günü ola bilər. Həmin qadın tərcüməçi bu sahədə rus dilindən macar dilinə ən yaxşı tərcüməçi sayılır".

Xatırladaq ki, Orban noyabrın 28-də Putinlə danışıqlar üçün Moskvaya səfər etmişdi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!