Macarıstanın Varşavadakı səfiri Polşa XİN-ə çağırıldı

saytların hazırlanması

Evə çatdırılma

Macarıstanın Varşavadakı səfiri Polşa XİN-ə çağırıldı

Dünya

09 Yanvar 2026 20:10 586


Macarıstanın iki Polşa vətəndaşına sığınacaq verməsi ilə əlaqədar bu ölkənin Varşavadakı səfiri İştvan İydarto Polşa Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

"Yeni Sabah" "Report"a istinadən xəbər verir ki, bu barədə məlumatı cümə günü Polşa XİN-in sözçüsü Matsey Vevior açıqlayıb.

"VSquare" xəbər saytı ötən gün məlumat vermişdi ki, Macarıstanın nümayəndə heyəti Brüsseldə digər ölkələrin təmsilçilərinə Polşanın iki vətəndaşına sığınacaq verildiyinə dair məktub göndərib. pizza mizza

Polşa mətbuatında dərc olunan həmin məktubda Macarıstanın sığınacaq verdiyi şəxslərin adları və bu addımın səbəbləri qeyd olunmayıb.

M.Vevior bəyan edib ki, Varşava bu addıma görə Macarıstan səfirinə etirazını bildirəcək. Polşa hakimiyyətinin bu qərara belə kəskin reaksiya verməsinin səbəbi göstərilməyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!