Avro-2020-nin seçmə mərhələsinin Macarıstan - Azərbaycan oyunu üçün hakim təyinatları açıqlanıb.
“Yeni Sabah” xəbər verir ki, matçın baş hakimi Hollandiya Futbol Federasiyasından Dennis Higler olacaq. Ona Yohan Balder və Joost van Zuilen kömək edəcək. Dördüncü hakim funksiyasını isə Bas Nijhuis yerinə yetirəcək.
Dennis Higlerin həm Azərbaycan, həm Macarıstan futbolu üçün ortaq cəhəti var. Belə ki, 34 yaşlı hakim bundan əvvəl 2018-ci ilin iyul ayının 12-də, Avroliqanın 1-ci seçmə mərhələsində “Neftçi” – “Uypeşt” (Macarıstan) (3:1) matçını idarə edib. Görüşdə 2 sarı vərəqə “Neftçi” komandasının üzvünə, 1 sarı vərəqə isə rəqib komanda üzvünə verilib. pizza
Referi 2017-ci ildən 16 beynəlxalq oyunu idarə edib. Ümumi karyerası ərzində ədaləti qoruduğu matçlarda isə 64 sarı, 2 qırmızı kart göstərib, rəqib qapısına 6 penalti təyin edib.
Qeyd edək ki, oktyabrın 13-ü Budapeştdəki "Groupama Arena"da keçiriləcək Macarıstan – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Xatırladaq ki, N.Yurçeviçin rəhbərlik etdiyi kollektiv yalnız Bakıda keçirilən Xorvatiya ilə qarşılaşmada fərqlənə bilib. Təmkin Xəlilzadənin 71-ci dəqiqədə vurdğu qol Azərbaycana 1 xal qazandırıb: 1-1. Hazırda millimiz 1 xalla 5 milli arasında son pillədə qərarlaşıb. Rəqib Macarıstan isə 9 xalla 3-cü sıradadır.
Naibə
Telegram kanalımız