Madonnanın xəstəxanadan çıxandan sonra səhhəti ilə bağlı ziddiyyətli xəbərlər var.
Yenisabah.az TMZ-yə istinadla xəbər verir edir ki, müğənni hələ də yataqdan qalxa bilməyəcək qədər zəifdir və daim qusur.
"Rolling Stone" isə mənbəyə istinadən pop kraliçasının özünü daha yaxşı hiss etdiyini bildirib. Marqarita pizza
TMZ iddia edir ki, Madonna xəstəxanaya göndərilməsinə etiraz edib. Huşunu itirməzdən bir gün əvvəl Nyu-Yorkda gəzərkən fotoları çəkilən 64 yaşlı pop ikonun 35 şəhərə konsert turu ləğv olunub.
O, bir neçə gün reanimasiyada yatıb və iyununj 29-da evə buraxılıb.
Mənbələr bildirir ki, Madonna simptomlara məhəl qoymayıb və heç vaxt həkimə getməyib, çünki o, bütün diqqətini qarşıdan gələn turuna cəmləyib. Onun meneceri problemlərə görə konsertlərin təxirə salındığını təsdiqləyib.
Telegram kanalımız