Maduro Türkiyəyə qaçmaq istəyib? -   Ərdoğandan açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Maduro Türkiyəyə qaçmaq istəyib? - Ərdoğandan açıqlama

Dünya

07 Yanvar 2026 16:08 503


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Venesuelanın ABŞ-yə qaçırılan  dövlət başçısı Nikolas Maduro ilə bağlı danışıb.

“Yeni Sabah” xəbər verir ki, R.T.Ərdoğan N.Maduronun hələ ölkəsində hakimiyyətdə olduğu vaxtlarda Türkiyəyə sığınmaq istədiyi barədə iddialara aydınlıq gətirib.

Onun sözlərinə görə, rəsmi Ankaraya bu barədə hər hansı müraciət daxil olmayıb. pizza hut

“Bizə elə bir xəbər gəlməyib”, - R.T.Ərdoğan deyib.

Qeyd edək ki, N.Maduro 1962-ci ildə anadan olub. O, 2013-cü ildən Venesuelaya rəhbərlik edirdi.

ABŞ yanvarın 3-də Venesuelanın paytaxtı Karakasa hava zərbələri endirib. Bununla paralel olaraq Birləşmiş Ştatların seçmə qüvvəsi olan Delta Force xüsusi təyinatlıları əməliyyat keçirərək Prezident N.Maduro və həyat yoldaşı Siliya Floresi həbs edib ABŞ-yə aparıb.  

Nyu York Cənubi Federal Məhkəməsində onlara qarşı narko-terrorizm və narkotik qaçaqmalçılığı ilə bağlı ittihamlar irəli sürülüb.

Xatırladaq ki, bir sıra Qərb media orqanlarında Nikolas Maduronun ABŞ-nin xüsusi əməliyyatı ilə qaçırılmasından bir neçə gün öncə ona Türkiyəyə sığınmaq təklifi edildiyi, lakin bu təklifi qəbul etmədiyi barədə məlumatlar yayılmışdı. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!