Maduronun oğlundan xəyanət ittihamı

saytların hazırlanması

Evə çatdırılma

Maduronun oğlundan xəyanət ittihamı

Dünya

05 Yanvar 2026 14:19 476


Nikolas Maduronun oğlu Nikolas Maduro Guerra diqqəti Venesuelada hakimiyyətdaxili xəyanət ehtimalına çəkib.

"Yeni Sabah" xəbər verir ki, kiçik Maduro atasının həbsi ilə bağlı onlayn səs yazısında məsul şəxslərin nə vaxtsa üzə çıxacaqlarını bildirib.

Venesuela parlamentinin üzvü və hakim Birləşmiş Sosialist Partiyasının (PSUV) təmsilçisi də olan Maduro Guerra "xarici təcavüzə qarşı daha sıx siyasi və hərbi koordinasiyanın lazım olduğunu” qeyd edib. pizza sifarişi

O, qəzəb və kədər hissinə baxmayaq, hərəkatın küçələrdə etiraz aksiyalarına davam edəcəyini vurğulayıb: “Bizi zəif görmək istəyirlər. Yaxşıyıq, sakitik. Bizi xalqın arasında görəcəksiniz. Əlbəttə, canımız yanır, əlbəttə, qəzəbliyik, amma buna nail ola bilməyəcəklər”.

Qeyd edək ki, N.Maduro 1962-ci ildə anadan olub. O, 2013-cü ildən Venesuelaya rəhbərlik edirdi.

ABŞ yanvarın 3-də Venesuelanın paytaxtı Karakasa hava zərbələri endirib. Bununla paralel olaraq Birləşmiş Ştatların seçmə qüvvəsi olan Delta Force xüsusi təyinatlıları əməliyyat keçirərək Prezident N.Maduro və həyat yoldaşı Siliya Floresi həbs edib ABŞ-yə aparıb.  

Nyu York Cənubi Federal Məhkəməsində onlara qarşı narko-terrorizm və narkotik qaçaqmalçılığı ilə bağlı ittihamlar irəli sürülüb.

İlhamə Qasımlı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!