Venesuelada paytaxt Karakas və digər şəhərlərdə Nikolas Maduronun şəkli olan plakatlar yığılmağa başlanıb.
Sosial şəbəkələrdə yayılan vodeogörüntülərdə N.Maduronun nəhəng portretinin qoparılmasının yerli sakin tərəfindən alqışlandığı müşahidə edilib.
Maduro kimdir? pizza sifarişi
ABŞ-nin Venesuelaya hərbi müdaxiləsi ilə tarixiləşən əməliyyatın əsas qurbanı olan prezident Nikolas Maduronun həyatının müxtəlif mərhələlərindən bəhs edən məqalə, “Yeni Sabah” saytında 2 dekabr 2025-ci il tarixində “Trampın dalana dirədiyi Nikolas Maduro kimdir? pizza sifarişi” başlığı ilə dərc olunub və burada ixtisarla təqdim olunur.
Nikolas Maduro, özünün iddiasına görə, Venesuelanın sosialist ideologiyasının davamçısı və milli sərvətləri dövlət nəzarətinə qaytarmaq tərəfdarıdır. Qərb isə onu seçkiləri saxtalaşdıran və siyasi rəqiblərini neytrallaşdıran avtoritar lider – “diktator” kimi görür.
1962-ci ildə Karakasda fəhlə ailəsində doğulan Maduro siyasi fəaliyyətə metro və avtobus sürücülüyündən başlayıb, həmkarlar ittifaqında fəallığı onu yüksəlişə aparıb.
İlhamə Qasımlı
Telegram kanalımız