Mafiya liderinin cəsədi qəbiristanlıqdan oğurlandı - FOTO

saytların hazırlanması

Evə çatdırılma

Mafiya liderinin cəsədi qəbiristanlıqdan oğurlandı - FOTO

Maraqlı

14 Sentyabr 2023 16:46 527


“Los Choneros” bandasının keçmiş lideri, ekvadorlu Cunyor Roldanın cəsədi Kolumbiyanın Medellin şəhəri yaxınlığındakı qəbiristanlıqdan oğurlanıb. 

Lent.az xarici mediaya istinadla bildirir ki, keçən fevral ayında o, narkotik alveri ilə məşğul olan rəqib dəstələr arasında toqquşmaların baş verdiyi Quayaquil həbsxanasından şərti olaraq azad edilib. Məhkəmənin qərarı Ekvador prezidenti Gilyermo Lasso tərəfindən tənqid edilib.

Mart ayında dəstə başçısı hücuma məruz qalıb və yaralanıb. Bundan sonra Ekvador hüquq-mühafizə orqanları onun izini itiriblər. İki ay sonra isə onun cəsədi Kolumbiyanın şimal-qərbindəki kəndlərdə tapılıb.  Pepperoni pizza


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!