Mağazalar müştərilərə niyə pos-terminal təqdim etməkdən yayınırlar? - Video

saytların hazırlanması

Evə çatdırılma

Mağazalar müştərilərə niyə pos-terminal təqdim etməkdən yayınırlar? - Video

Sosial

05 Sentyabr 2023 00:16 986


Bəzi mağazalarda alıcılar kartla ödəniş edə bilmirlər.

Xezerxeber.az-ın məlumatına görə, müxtəlif səbəblərdən mağazalarda pos-terminal təqdim edilmir və ödənişin kart hesabına edilməsi xahiş edilir.

Bu da alıcıların haqlı narazılığına səbəb olur. pizza hut

Mağaza işçilərinin sözlərinə görə, pos-terminalla ödənişlər zamanı faiz çox tutulduğu üçün onlar daha çox nağd ödənişə üstünlük verirlər.

Lakin qanunvericiliyin tələblərinə əsasən, nağdsız ödənişlərin həyata keçirilməsi üçün hər bir ticarət müəssisəsində pos-terminal cihazları olmalıdır. Alış-verişin sonunda alıcıya pos-terminaldan çıxarışla yanaşı, nəzarət kassa aparatı çeki də təqdim edilməlidir. Bunlara əməl etməyənlər isə qanun qarşısında məsuliyyət daşıyırlar.

Belə hallarla qarşılaşan vətəndaşlar dövlət vergi xidmətinin “195-1” Çağrı Mərkəzinə müraciət edə bilərlər.

Ətraflı süjetdə:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!