Mağazalardan oğurluq edən dəstə üzvləri saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Mağazalardan oğurluq edən dəstə üzvləri saxlanıldı

Kriminal

24 Dekabr 2019 08:02 967


Zərdabda mağazalardan silsilə oğurluqlar edən dəstə üzvləri saxlanılıblar.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən "Yeni Sabah"a verilən məlumata görə, Zərdab Rayon Polis Şöbəsinə rayon ərazisində fəaliyyət göstərən 3 mağazanın sahibi onlara məxsus obyektlərdən naməlum şəxslər tərəfindən pul, danışıq kartları, tütün məmulatları, spirtli içkilər və ərzaq məhsullarının oğurlnması barədə məlumat veriblər. 

Şöbə əməkdaşları tərəfindən dərhal hadisə yerinə baxış keçirilib və zərərçəkənlərin izahatları alınıb. Həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin hadisələrin Zərdab rayonu Əlibəyli kənd sakinləri Yalçın Qasımzadə, Elmaz Hüseynov və Ələddin İsazadə tərəfindən törədildiyi müəyyən edilib. Marqarita pizza

Faktla bağlı Zərdab Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Saxlanılan şəxslərin Zərdab və ətraf rayonlarda digər hüquqazidd əməllərdə iştirak edib-etmədikləri araşdırmalardan sonra məlum olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!