Mahir Emreli millinin heyətindən çıxarıldı

Mahir Emreli millinin heyətindən çıxarıldı

İdman Veb saytların hazırlanması

07 Oktyabr 2019 12:31 1227


Azərbaycan millisinin heyətində daha bir dəyişiklik edilib.

“Yeni Sabah” xəbər verir ki, "Qarabağ"ın oyunçusu Mahir Emreli heyətdən çıxarılıb.

Gənc futbolçu Premyer Liqanın VII turunda "Sabah"la qarşılaşmada zədələndiyi üçün yığmadan kənarda qalıb. Baş məşqçi Nikola Yurçeviç onun əvəzinə "Neftçi"nin yarımmüdafiəçisi Namik Ələsgərova dəvət göndərib.

Qeyd edək ki, millimiz oktyabrın 9-da Bəhreynlə yoldaşlıq oyunu keçirəcək, 13-də isə AVRO-2020-nin seçmə mərhələsində Macarıstanla qarşılaşacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!