Mahir Emreli “Nürnberq”dən ayrılır

saytların hazırlanması

Evə çatdırılma

Mahir Emreli “Nürnberq”dən ayrılır

İdman

12 Fevral 2025 23:48 403


Azərbaycan millisinin futbolçusu Mahir Emreli növbəti dəfə komandasını dəyişəcək.

Yenisabah.az Futbolinfo.az-a istinadən xəbər verir ki, Almaniyanın "Nürnberq” klubunun formasını geyinən 27 yaşlı hücumçu orada da çox qalmayacaq.

Ötən ilin yayında Zaqreb "Dinamo”sundan II Bundesliqa klubuna keçən forvard məşqçilər korpusunun ümidlərini doğrutmur. Üstəlik, Emrelinin komanda yoldaşları ilə münasibəti də ürəkaçan deyil. "Nürnberq” rəhbərliyi onu qış fasiləsində də yola sala bilərdi. Lakin hücum xətti üçün düşünülən futbolçular alınmadığından, Mahir mövsümün sonuna qədər komandada qalacaq. Marqarita pizza

Almanlar millimizin üzvü ilə yayda yolları ayırmağı planlaşdırır. Hücumçunun "Nürnberq”lə müqaviləsi mövsümün sonuna qədər olsa da, klubun sözləşməni daha bir il uzatmaq hüququ var. Ancaq nürnberqlilər bu imkandan yararlanmayacaqlar və Emreli azad agent kimi komandanı tərk edəcək.

Qeyd edək ki, Mahir Emreli son 4 ildə ardıcıl olaraq "Legiya”, "Dinamo” (Zaqreb), "Konyaspor” və "Nürnberq”də legioner həyatı yaşayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!