"Qarabağ"ın futbolçusu Mahir Emreli zədələnib.
"Yeni Sabah" xəbər verir ki, 22 yaşlı hücumçu Premyer Liqanın VII turunda "Sabah"la matçın ilk hissəsində xəsarət alıb. Onun yerinə meydana 30-cu dəqiqədə Abdullah Zubir daxil olub.
Oyun başa çatdıqdan dərhal sonra "CBC Sport"a açıqlama verən Qurban Qurbanov Mahir Emrelinin çox güman ki, Bəhreynlə yoldaşlıq matçında milliyə kömək edə bilməyəcəyini deyib. Baş məşqçi qeyd edib ki, Mahirin topuğu şişib və sabah yoxlanışdan sonra hər şey daha dəqiq bilinəcək. Sezar pizza
Qeyd edək ki, Mahir Emreli Bəhreyn ilə yoldaşlıq matçı və Macarıstanla AVRO-2020-nin seçmə oyunu üçün Azərbaycan millisinə çağırılıb.
Telegram kanalımız