Mahiri “Nürnberq”də heç kim istəmir - İDDİA

saytların hazırlanması

Evə çatdırılma

Mahiri “Nürnberq”də heç kim istəmir - İDDİA

İdman

08 Fevral 2025 21:13 563


Azərbaycan millisinin futbolçusu Mahir Emreli Almaniyada ciddi problemlərlə üzləşib.

Almaniya mətbuatı 28 yaşlı hücumçunun “Nürnberq”də arzuolunmaz şəxslərdən birinə çevrildiyini iddia edir.

Məsələ ondadır ki, Mahir komanda yoldaşlarında qıcıq yaradır. “Nürnberq”in futbolçuları həmyerlimizi sevmir və onunla aşkar soyuq davranırlar. pizza hut

Komanda yoldaşlarının ondan narazılığının əsas səbəbi isə Emrelinin davranışlarıdır. Əsasən də danışığında normal olmayan ifadələr işlətməsi az qala hamının ondan üz döndərməsinə aparır.

O, hələ iki həftə əvvəl məşqdə komanda yoldaşı Florian Flikin adi foluna təhqirlə cavab verib. Hətta onlar arasında yaşanan münaqişəni sakitləşdirmək üçün məşqçilər hazırlıq prosesini də bir neçə dəqiqəlik dayandırmalı olublar.

Üstəlik, bunun ilk belə hadisə olmadığı iddiaları da yayılıb. Emreli özünü cilovlamaqda çətinlik çəkir ki, bu da komanda yoldaşlarının xoşuna gəlmir.

“Nürnberq” Mahirlə yayda başa çatacaq müqaviləni avtomatik uzatmaq hüququna malik olsa da, onun davranışları və son vaxtlardakı çıxışı səbəbindən qərar verməkdə tərəddüd edir. /Sportinfo.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!