Mahsun Kırmızıgül qızı ilə həmkarının qəbrini ziyarət etdi

saytların hazırlanması

Evə çatdırılma

Mahsun Kırmızıgül qızı ilə həmkarının qəbrini ziyarət etdi

Şou

18 Mart 2025 17:59 309


Məşhur müğənni Mahsun Kırmızıgül qızı ilə mərhum həmkarı Edip Akbayramın məzarını ziyarət edib. 

Yenisabah.az xəbər verir ki, sənətçi xaricdə olduğu üçün onun dəfn mərasiminə qatıla bilməmişdi.

Bu səbəbdən qızı Lavinlə birlikdə onun məzarına gedib.  pizza hut

"İstanbula gəldikdən sonra qızım Lavinlə birbaşa Edip Akbayramın məzarına getdik. Ürəyimdə böyük bir ağırlıq vardı, çiçəkləri onun məzarına qoyanda içimdə bir şey qırıldı. Çünki ən sevdiyim insanın, qardaşımın dəfn mərasimində iştirak edə bilmədim.

 

 

Bu gün məzarının başında bir daha anladım ki, o, ürəyimə toxunan, həyatıma istiqamət verən ən xüsusi insanlardan biri idi. Qızım Lavin göz yaşlarımın mənasını anlamadı. Kiçik əlləri ilə əlimi tutdu və soruşdu: "Ata, niyə ağlayırsan?" Onu çox sevirsən?".

Xatırladaq ki, Edip Akbayram yanvarın 4-də, 75 yaşında dünyasını dəyişib./BAKU.WS


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!