Mais Ağayev sosial şəbəkədə BNA ilə bağlı yaranan qalmaqala aydınlıq gətirdi - Foto

saytların hazırlanması

Evə çatdırılma

Mais Ağayev sosial şəbəkədə BNA ilə bağlı yaranan qalmaqala aydınlıq gətirdi - Foto

Sosial

10 İyul 2020 23:55 4052


“Bakı Nəqliyyat Agentliyinin “Facebook” sosial şəbəkəsindəki rəsmi hesabından Bəxtiyar Hacıyev adlı izləyicinin paylaşımına qeyri-etik ifadələr yazılması ilə bağlı məsələ nəzarətə götürülərək araşdırılıb”.

Yenisabah.az xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev bildirib.

“Şərhin agentliyin rəsmi hesabından yazılmadığı müəyyən edilib. Bu cür yazı tərzi heç bir halda qəbul olunan deyil və Bakı Nəqliyyat Agentliyinin mövqeyini ifadə edə bilməz. Bakı Nəqliyyat Agentliyi hər zaman yazılan tənqidi fikirlərə qarşı dözümlülük nümayiş etdirib. Pepperoni pizza

Eyni zamanda şərhin saxta profil hesabından yazılmasına dair əsaslı şübhələr var və bu məsələ də ciddi şəkildə araşdırılır. İndiki həssas məqamda müəyyən maraqlı qüvvələr bu vasitə ilə vətəndaşlarda dövlət qurumuna qarşı narazılıq yaratmağa uğursuz cəhd edirlər.

Vətəndaş müraciətləri Bakı Nəqliyyat Agentliyinin önəm verdiyi əsas məsələlərdəndir. Vətəndaşların müraciət imkanlarını artırmaq üçün əhalinin geniş istifadə etdiyi sosial şəbəkə platformalarında Agentliyin rəsmi hesabları yaradılıb, Alo141 Çağrı Mərkəzi təşkil edilib.

Vətəndaş müraciətləri eyni zamanda www.bna.az”, www.alo141.az” saytları və “141 Çağrı Mərkəzi”i vasitəsi ilə də qəbul olunmaqdadır. Vətəndaşların müraciətləri hər zaman dolğun şəkildə cavablandırılır və qaldırılan məsələlərin həll edilməsi istiqamətində işlər görülür” , - deyə BNA rəsmisi qeyd edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!