“Makkabi“ “Zirə“ ilə oyuna ciddi itkilərlə çıxacaq

saytların hazırlanması

Evə çatdırılma

“Makkabi“ “Zirə“ ilə oyuna ciddi itkilərlə çıxacaq

İdman

08 İyul 2022 13:48 990


Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Zirə” ilə qarşılaşacaq “Makkabi” oyuna ciddi itkilərlə çıxacaq.

Yenisabah.az İsrailin "Sport5" nəşrinə istinadən xəbər verir ki, Təl-Əviv təmsilçisinin iki əsas futbolçusu - yarımmüdafiəçi Nir Biton və hücumçu Eran Zahavi Bakıya gətirilməyəcək.

Bu yay heyətə cəlb edilən hər iki futbolçu zədədən sonra bərpa prosesi keçir. Zahavi toplanışın ilk günlərindən komanda ilə birgə olsa da, hazırda kollektivdən ayrı məşq edir. Ayaq biləyində zədəsi olan Biton da xüsusu tapşırıqla çalışır. pizza mizza

İsrailli oyunçuların Təl-Əvivdəki cavab matçına qədər hazır olacaqları bildirilib.

Biton "Seltik"dən, Zahavi isə PSV-dən transfer edilib.

Qeyd edək ki, “Zirə”nin “Makkabi” ilə ilk oyunu iyulun 21-də “Dalğa Arena”da olacaq. Komandalar iyulun 28-də Təl-Əvivdəki “Blumfild” stadionunda cavab matçına çıxacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!