Makron Rusiyanın Xarkovda sərnişin qatarına hücumunu pislədi

saytların hazırlanması

Evə çatdırılma

Makron Rusiyanın Xarkovda sərnişin qatarına hücumunu pislədi

Dünya

29 Yanvar 2026 00:48 512


Fransa Rusiyanın Ukraynanın mülki əhalisinə və enerji infrastrukturuna zərbələrini qəti şəkildə pisləyir.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron ukraynalı həmkarı Volodimir Zelenski ilə telefon danışığından sonra "X" sosial şəbəkəsində yazıb.

"Mən Prezident Zelenski ilə fikir mübadiləsi apardım. Xarkov vilayətində sərnişin qatarına dünənki hücum qəbuledilməzdir. Fövqəladə vəziyyət qarşısında biz səfərbər oluruq", - paylaşımda bildirilib. pizza mizza

Makron, həmçinin qeyd edib ki, Fransanın həmsədrlik etdiyi G7+ iclasının nəticəsinə əsasən, soyuq qış dövründə əhaliyə kömək üçün Ukraynaya generatorlar göndəriləcək.

"Fransanın mövqeyi aydındır: biz Ukraynanı özünümüdafiə və Rusiyanın apardığı təcavüzkar müharibəyə qarşı çıxa bilməsi üçün lazımi qədər dəstəkləyəcəyik. Ukrayna, həmçinin "İstəklilər Koalisiyası" çərçivəsində Fransaya güvənə bilər. Biz Ukrayna və Avropanın təhlükəsizliyi üçün ədalətli və davamlı sülh üçün şərait yaratmağa davam edirik", - fransalı lider vurğulayıb.

O əlavə edib ki, söhbət zamanı tərəflər Əbu-Dabidə Ukrayna, Rusiya və ABŞ arasında üçtərəfli danışıqların nəticələrini müzakirə ediblər: "Biz belə bir ümumi fikrə gəldik ki, avropalılar onlara aid olan müzakirələrə tam cəlb olunmalıdırlar. Rusiya sülhdən yayınmağa davam etdiyi müddətcə Paris ona qarşı təzyiqi artırmağa davam edəcək. Avropa ölkələri Rusiyaya, xüsusilə də "kölgə donanması"na qarşı yeni sanksiyalar hazırlayırlar".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!