Fransa Prezidenti Emmanuel Makron amerikalı həmkarı Donald Trampa bir sıra Avropa vətəndaşının üzərindən sanksiyaların götürülməsi xahişi ilə müraciət edib.
"Yeni Sabah" Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "La Tribune Dimanche" qəzeti məlumat yayıb.
Bildirib ki, Makron daxili bazar məsələləri üzrə keçmiş avrokomissar Tyeri Breton və Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) hakimi Nikolya Qiyu barəsində tətbiq edilən məhdudiyyətlərin ləğvini xahiş edib. Dominos pizza
Qiyu barəsində sanksiyalar BCM-nin İsrailin Baş naziri Benyamin Netanyahu haqqında həbs qərarı çıxarmasından sonra tətbiq edilib. Breton isə amerikalılara senzura tətbiq etmək cəhdlərində ittiham olunur.
Telegram kanalımız