Makronun prezidentlik reytinqi rekord səviyyədə aşağı düşdü

saytların hazırlanması

Evə çatdırılma

Makronun prezidentlik reytinqi rekord səviyyədə aşağı düşdü

Dünya

22 Sentyabr 2024 15:58 380


Fransa sakinlərinin dörddə üçü ölkə prezidenti Emmanuel Makrondan narazılığını bildirib.

Yenisabah.az Report-a istinadən xəbər verir ki, bu barədə “Ifop”un “Journal du Dimanche” qəzeti üçün keçirdiyi sorğunun nəticələrində göstərilib.

Nəşr qeyd edib ki, 2018-ci ilin dekabrında “Sarı jiletlilər” böhranının pik nöqtəsində Zəfər tağı talan edildikdən sonra heç vaxt prezidentin populyarlıq reytinqi 25%-ə enməyib və ya ondan imtina reytinqi 75%-ə yüksəlməyib. Toyuqlu pizza

“Journal du Dimanche”nin yazdığına görə, Makron əsasən “onu korlayan qeyri-mütənasib eqosunda”, eləcə də parlamentin “dağıdılması fiaskosunda” günahlandırılır.

Sorğusu həmçinin göstərib ki, fransızların 55%-i baş nazir Mişel Barnyedən narazıdır, baxmayaraq ki, onun hökuməti materialda qeyd olunduğu kimi, hələlik heç bir tədbir görməyib.

Sentyabrın 11-dən 20-dək aparılan sorğuda 2098 nəfər iştirak edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!