Manatın aqibəti: Mərkəzi Bankın xilasedici kəmərinə ehtiyac yaranacaqmı?

saytların hazırlanması

Evə çatdırılma

Manatın aqibəti: Mərkəzi Bankın xilasedici kəmərinə ehtiyac yaranacaqmı?

İqtisadiyyat

05 Noyabr 2024 13:03 1700


Statistikaya görə, bu ilin yanvar-oktyabr aylarında Dövlət Neft Fondu (ARDNF) 5 milyard 919,4 milyon ABŞ dolları məbləğində valyuta satışı həyata keçirib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,6 dəfə çoxdur. Təkcə oktyabr ayıbda ARDNF-in valyuta satışının məbləği 174,4 milyon ABŞ dolları təşkil edib. Yəni 1 il əvvələ nisbətən 13,9 % az.

Digər tərəfdən, Mərkəzi Bankın da valyuta ehtiyatları bu ilin 10 ayında 241 mln. dollar azalıb.

Bütün bunlar dollar tələbinin ötən ilə nisbətən kəskin artdığını göstərir. Toyuqlu pizza

Mövzu ilə bağlı Yenisabah.az-a danışan iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, əgər neft hasilatı və gəlirlər kəskin azalmağa davam edərsə, Mərkəzi Bank daha çox valyuta satmalı olacaq: 

“Bu neft gəlirlərinin hansı səviyyədə azalmasından asılı olacaq. Hasilat və gəlirlər kəskin azalacaqsa, nəticə etibarı ilə Mərkəzi Bank artan valyuta ehtiyacını ödəmək üçün daha çox valyuta sata bilər. Amma bu gələn il daha dəqiq bilinəcək. Çünki hasilatın və qiymətin hansı səviyyədə olması Mərkəzi Bankın valyutaya ehtiyac yarandıqda nə qədər müdaxilə edəcəyi məsələsini gündəmə gətirəcək”. 

Ekspert qeyd edib ki, hələlik ciddi müdaxilələrə ehtiyac yoxdur:

“Ola bilər ki, qiymət kəskin düşsün və başqa problemlər yaransın. O zaman, bəli, belə bir ehtimal yarana bilər”.      

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!