“Mançester Yunayted” kubokla vidalaşdı

saytların hazırlanması

Evə çatdırılma

“Mançester Yunayted” kubokla vidalaşdı

İdman

03 Mart 2025 10:15 215


İngiltərə Federasiya Kubokunun (FA) 5-ci turunda “Mançester Yunayted” “Fulhem”lə qarşılaşıb. “Old Trafford”da baş tutan matçda gözlənilməz nəticə qeydə alınıb.

Yenisabah.az xəbər verir ki, qonaqlar ilk hissəyə əlavə edilmiş 1-ci dəqiqədə Bassinin qolu ilə hesabda önə keçib. “Qırmızı şeytanlar” 71-ci dəqiqədə kapitan Bruno Fernandesin qolu ilə hesaba tarazlıq gətirib. 

Oyunda başqa qol olmadığı üçün qalib penaltilər seriyasında müəyyənləşib. Burada isə “Fulhem”in futbolçuları daha sərrast olub və 4-3 hesablı qələbə qazanıb. Bu nəticə ilə “mankuniyanlar” gözlənilməz şəkildə Federasiya Kubokunda mübarizəni dayandırıb.  pizza mizza

Qeyd edək ki, Federasiya Kubokunu 13 dəfə olmaqla ən çox qazanan klub məhz “Mançester Yunayted”dir.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!