“Mançester Yunayted” Ronaldonun gedəcəyi ilə barışıb 

saytların hazırlanması

Evə çatdırılma

“Mançester Yunayted” Ronaldonun gedəcəyi ilə barışıb 

İdman

07 İyul 2022 10:16 1009


"Mançester Yunayted" futbolçusu Kriştiano Ronaldonun bu yay klubu tərk etməsi ehtimalı ilə barışıb.

Yenisabah.az xəbər verir ki, bu barədə "The Sun" məlumat yayıb. “Mançester Yunayted” rəhbərliyi 37 yaşlı hücumçunu onun iradəsi olmadan klubda saxlaya bilməyəcəklərini anlayıb. Premyer Liqa təmsilçisi uzun sürəcək bir münaqişədən yayınmaq istəyir. “Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq klub rəhbərliyi ilə danışdıqdan sonra anlayıb ki, komandanın gələcəyini Ronaldosuz planlaşdırmalı olacaq.

Daha əvvəl bildirilmişdi ki, iyulun Ronaldo iyulun 4-də komanda ilə məşqlərə qoşulmalı idi. Lakin portuqaliyalı forvard 3 gündür ki, "Manester Yunayted"in hazırlıq prosesinə qatılmır. Bu, onun ailə vəziyyəti ilə əlaqələndirilir. Futolçu formasını qorumaq üçün Portuqaliyadakı təlim-məşq bazasında məşqlərini təkbaşına davam etdirir. Pepperoni pizza

Qeyd edək ki, Ronaldo 2021-ci ildən "Mançester Yunayted"də çıxış edir. Onun klubla müqaviləsi 2023-cü ilə qədərdir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!