"Ximnasiya və Esqrima" klubunun baş məşqçisi Dieqo Maradona daha bir maraqlı addım atıb.
“Yeni Sabah” xəbər verir ki, futbolun canlı əfsanəsi Argentina çempionatının 11-ci turu çərçivəsində "Nyuells Old Boys"la keçirilən ev oyunu zamanı məşqçilər korpusu üçün ayrılmış skamyada yox, özü üçün gətizdirdiyi taxtda əyləşib. Matç meydan sahiblərinin məğlubiyyəti ilə başa çatıb – 4:0.
Qeyd edək ki, Maradona "Ximnasiya və Esqrima"da sentyabr ayından çalışır. Onun komandası 11 turdan sonra 7 xalla 24 komanda arasında 23-cü yerdə qərarlaşıb. pizza mizza

Telegram kanalımız