Marketlərdə buna diqqət etmək lazımdır   - Koronavirusu yayır

saytların hazırlanması

Evə çatdırılma

Marketlərdə buna diqqət etmək lazımdır - Koronavirusu yayır

Sağlamlıq

28 İyun 2020 17:11 1025


Koronavirusun yayılma təhlükəsi olan yerlərdən biri də marketlərdir. İndi karantinlə bağlı marketlərdə əvvəlki basabas, sıxlığı görməyə bilərsiz. Bəs market rəfi,səthləri, arabaları, xüsusən selofan torbaları, paketlərində virus varmı, yoluxurmu?

Yenisabah.az xəbər verir ki, türkiyəli professor Ateş Kara bu barədə açıqlamasında virusun market torbalarında 2 saat qala biləcəyini bildirib.

"Plastik, sellofan və ən ideal market torbasında 1 saat içində yarıbayarı azalır. 2 saata isə tam məhv olur. Bu o demək deyil ki, butün paketlər virusludur. Ola bilər ki, satıcı, paketçi və ya alıcı xəstə olur, onun ağız suyundan virus paketlərin üzərinə çökür, ya da marketə virusa yoluxmuş xəstə insanlar çox gələ bilər, ümumilikdə virus yüklənməsi olur. Marqarita pizza

Ona görə də paketləri marketdən götürdükdə əlinizə əlcək geyib, onları evə çatdırdırdıqda, qapının arxasında və ya balkonda və ya həyətdə 2 saat saxlayıb sonra içəri gətirin.   /Medicina


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!