Ermənistan və ABŞ, həqiqətən də müstəsna əhəmiyyətə malik olan TRIPP layihəsinin həyata keçirilməsi üzərində işləməyə davam edəcək.
"Yeni Sabah" armenpress-ə istinadla xəbər verir ki, ABŞ dövlət katibi Marko Rubio bu açıqlamanı Vaşinqtonda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşdən sonra verib.
"Bu müqaviləni imzalamaq və onun həyata keçirilməsi üzərində işləməyə davam etmək niyyətindəyik və bunun həqiqətən də müstəsna əhəmiyyət kəsb etdiyinə inanırıq. pizza sifarişi
Müqavilə Ermənistanı biznesə tam şəkildə açır və ölkənin Ermənistanın suverenliyinə xələl gətirmədən iqtisadi cəhətdən çiçəklənməsinə imkan verir. Burada heç bir suverenlik məsələsi yoxdur. Layihə suverenliyə hörmət edir. Bu, əla bir nümunədir və eyni zamanda, ölkələrimiz arasında ikitərəfli münasibətlərin davamlı inkişafıdır. Münasibətlər artıq kifayət qədər güclüdür və bu müqavilələr sayəsində, eləcə də TRIPP-dən kənarda da möhkəmlənməyə davam edir.
İnanırıq ki, TRIPP həqiqətən bütün dünya üçün bir model olacaq, öz suverenliyini və ərazi bütövlüyünü şübhə altına almadan və ya pozmadan iqtisadi fəaliyyətə və çiçəklənməyə necə açılacağını nümayiş etdirəcək. Və inanırıq ki, bu, Ermənistan, ABŞ, bütün iştirakçılar üçün əla olacaq və nəticədə bütün dünya üçün bir model olacaq. Biz buna çox sadiqik və bu gün biz mühüm addımlar atırıq və bu istiqamətdə irəliləməyə davam edirik", - deyə Rubio yekunlaşdırdı.
Xatırladaq ki, Vaşinqtonda keçirilən görüşdə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Marko Rubio Ermənistan və ABŞ arasında TRIPP proqramının həyata keçirilməsi üçün çərçivə sazişi ilə bağlı birgə bəyanatı təsdiqləyiblər.
Telegram kanalımız