Marneulidə torpaq uçqunu oldu, ölən və yaralanan var

saytların hazırlanması

Evə çatdırılma

Marneulidə torpaq uçqunu oldu, ölən və yaralanan var

Hadisə

09 May 2025 18:12 301


Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunda torpaq uçqunu nəticəsində bir nəfər həyatını itirib, daha bir nəfər isə yaralanıb.

"Report"un Gürcüstan bürosu "24News.ge" portalına istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında Marneuli şəhərinin Çavçavadze küçəsində baş verib.

Belə ki, “China Group” şirkətinin iki əməkdaşı su-kanalizasiya sisteminin quraşdırılması zamanı qəfil torpaq sürüşməsi nəticəsində torpaq altında qalıb. Nəticədə işçilərdən biri hadisə yerində həlak olub, digəri isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Sezar pizza

İlkin məlumata görə, hər iki zərərçəkən Marneulinin Candar qəsəbəsinin sakinləridir.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!